İstanbul Hava Limanı 2025-ci ilin ən dəqiq hava limanı seçilib
7News.az xəbər verir ki, aviasiya analitik firması Cirium dünya üzrə 38,9 milyon uçuşun gözlənildiyi 2025-ci il üçün "Vaxtında Performans İcmalı" hesabatını dərc edib. Kadr çatışmazlığı, hava şəraiti və geosiyasi məhdudiyyətlərə baxmayaraq əməliyyat mükəmməlliyi nümayiş etdirən təşkilatlar tanınıb. Baş mükafat İstanbul Hava Limanına verilib.