AZ

Üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın VƏZİYYƏTİ AÇIQLANDI

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın son vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan bildirilib ki, Sərxan Hüseynlinin müalicəsi Pediatrik reanimasiya şöbəsində davam etdirilir.

"Vəziyyəti orta ağır olaraq qalır", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, hadisə dekabr ayının 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib.

Seçilən
90
3
bakivaxti.az

4Mənbələr