Bakı. Trend:
İranın daxili məsələlərinin İran vətəndaşları istisna olmaqlaheç kimə aidiyyəti yoxdur.
Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçibu gün (7 yanvar) Tehranda Nazirlər Kabinetinin iclasından sonrajurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın daxili məsələləri hökumət vəvətəndaşlar arasında həll oluna bilər. Hər hansı etiraz və məsələvarsa, həll olunacaq və bunun həll ediləcəyinə böyük ümid var.
İranlı nazir qeyd edib ki, heç bir xarici dövlətin İranın daxiliməsələləri ilə aidiyyəti yoxdur.
“İran qonşu ölkələrlə iqtisadi əməkdaşlıq və ticarət əlaqələrininkişaf etdirməyə çoxlu səylər göstərir. İran XİN vilayətdiplomatiyası çərçivəsində vilayətlərin potensiallarınımüəyyənləşdirməyə və qonşu ölkələrin potensialları iləuyğunlaşdırmağa çalışır. Hazırda İranın bütün vilayətləri buformada əməkdaşlıqların formalaşmasına maraq göstərir.
Hazırkı şəraitdə Xarici İşlər Nazirliyi ölkə iqtisadiyyatınakömək etmək məqsədilə qonşu ölkələrin çox yaxşı iqtisadipotensiallarından yararlanmağa çalışır. Ölkə əleyhinə tətbiq olunansanksiyaların ləğv edilməsinə səy göstərmək nazirliyin unudulmayanvəzifəsidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, dekabr ayının sonlarından etibarən xaricivalyutalar qarşılığında İran rialının kəskin ucuzlaşması,inflyasiya və maliyyə böhranına etiraz olaraq etiraz aksiyalarıbaşlayıb.