AZ

İşdən çıxarılan həkimlər etiraza qalxdı: 34 ildir stomatoloq idim, ixtisara saldılar

ain.az bildirir, Lent az portalına istinadən.

Bölgələrdən gəlmiş bir qrup tibb işçisi işdən çıxarıldığı üçün TƏBİB-in qarşısında etiraz edirlər.

Lent.az xəbər verir ki, bu barədə həkimlər sosial şəbəkələrdə paylaşım ediblər.

Stomatoloq kimi çalışan həkimlərin sözlərinə görə, onlar ixtisar edilərək işdən çıxarılıblar, indi isə iş tapa bilmirlər. 

"Heç bir yerdə işləmirik. Nə etməliyik? biz işimizə bərpa olunmaq istəyirik. Səbəbsiz yerə bizi ixtisara saldılar, indi isə səsimizi eşidən yoxdur",- deyə onlar bildiriblər. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Lakin qurumdan sorğumuza cavab ala bilmədik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
lent.az

1Mənbələr