"Ölkəmizin əraziləri işğal altındadır, İrəvanda hava demək olar ki, tənəffüs olunmur, pensiyaçılar yaşamaq üçün yetərsiz olan pensiyalar alır, yeni məktəblər görkəm üçün tikilir, amma təhsil məhv edilir. 2020-ci ilin müharibəsindən sonra beş il keçsə də, indiki hakimiyyət təhlükəsizliyimizi və ordumuzu gücləndirə bilməyib. Paşinyan isə dövlətimizin mövcudluğunu müzakirə etmək əvəzinə, liturgiyalar, qanunsuzluqlar, rüşvətə məruz qalan episkoplar və onların şəxsi həyatı haqqında danışmağımızı istəyir. Cənab Paşinyan, mənə elə gəlir ki, siz baş nazir olmaqdan daha çox katolikos olmaq istəyirsiniz. Bu, həqiqətən gülməlidir", - deyə Tatoyan vurğulayıb.
Tatoyan həmçinin əlavə edib ki, o, yalnız baş nazir olmaq niyyətindədir və vətəndaşların vaxtını mənasız və absurd mövzularla sərf etməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31