AZ

“Qlobal vizyon – Tovuz şagirdləri üçün olimpiadaya hazırlıq” qrant layihəsinə start verilib



“Qlobal vizyon – Tovuz şagirdləri üçün olimpiadaya hazırlıq” qrant layihəsi çərçivəsində 6 noyabr 2025-ci il tarixində layihənin açılış mərasimi keçirilmişdir.

Newscenter.az xəbər verir ki, açılış tədbirində təhsil ictimaiyyətinin nümayəndələri,Tovuz rayon Təhsil sektorunun müdiri, müəllimlər, şagirdlər və layihənin icrasında iştirak edən tərəflər iştirak etmişdir.

Layihə çərçivəsində Qazax, Tovuz və Ağstafa rayonlarından seçilmiş 20 nəfər müəllim və 20 nəfər şagird üçün ümumilikdə 32 təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlər zamanı iştirakçılara ingilis dili üzrə olimpiada formatlı tapşırıqlar, tənqidi düşünmə bacarıqları, dinləmə, oxu, yazı və danışıq bacarıqlarının inkişafına yönəlmiş müasir metodlar öyrədiləcəkdir. Eyni zamanda müəllimlər üçün innovativ tədris yanaşmaları, qiymətləndirmə strategiyaları və beynəlxalq olimpiada təcrübələri təqdim olunacaqdır.

Təlimlər yekunlaşdıqdan sonra şagirdlərin qazandıqları bilik və bacarıqları real mühitdə tətbiq etmələri məqsədilə Tovuz şəhərində olimpiada təşkil olunacaq. Bu mərhələ şagirdlərin öz potensiallarını nümayiş etdirmələri, biliklərini müqayisəli şəkildə sınamaları və gələcək yarışlara motivasiyalarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Qlobal vizyon – Tovuz şagirdləri üçün olimpiadaya hazırlıq” layihəsi Məharət Məmmədov adına Qovlar şəhər humanitar fənlər təmayüllü məktəbin direktoru Zülfiyyə Məmmədli tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Tovuz rayonu və ətraf bölgələrdə fəaliyyət göstərən məktəblərdə şagirdlərin ingilis dili biliklərini inkişaf etdirmək, onları milli və beynəlxalq olimpiadalara sistemli şəkildə hazırlamaq, həmçinin müəllimlərin peşəkar inkişafına dəstək verməklə təhsil keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.

Layihənin icrası 6 ay müddətində davam edəcək və regionda olimpiada hərəkatının gücləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması və müasir tədris mühitinin formalaşdırılmasına xidmət edəcəkdir.

Anar
Seçilən
33
1
newscenter.az

2Mənbələr