AZ

Azərbaycanla ABŞ arasında olan münasibət hər istiqamətdə, ən yüksək formada davam edir - ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanalarına verdiyi müsahibəsində əsas məqamlardan biri ABŞ-Azərbaycan münasibətləri ilə bağlı idi. Səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan xarici siyasətini qarşılıqlı hörmət, suverenlik bərabər hüquqlu dövlət kimi əməkdaşlıq üzərində qurur.

Bunu AZƏRTAC-a açıqlamsında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, ölkəmiz əməkdaşlıq formatını təzyiq və diktə ilə deyil, milli maraqlara cavab verən, eyni zamanda qarşılıqlı fəaliyyət prinsiplərinə uyğun davam etdirməyin tərəfdarıdır.

“Məlum məsələdir ki, avqust ayında ABŞ-da keçirilən görüşlərdə Ermənistan Azərbaycan münaqişəsinə son qoyulması, iki ölkə arasında kommunikasiyaların açılması, bununla əlaqəli olaraq ABŞ Prezidentinin verdiyi zəmanət çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan regional təhlükəsizliyə və beynəlxalq kommunikasiyaya verdiyi töhfə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırıb. Zəngəzur dəhlizi Türkiyə və Mərkəzi Asiya ilə inteqrasiyanı gücləndirən çox ciddi strateji layihədir. Bu məsələ siyasi təsir aləti kimi deyil, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya sabitliyinin artırılması baxımından mütləq şəkildə dəyərləndirilməlidir və Prezident İlham Əliyev buna çox mühüm əhəmiyyət verir. Azərbaycan bu layihəni yalnız öz milli maraqları üçün deyil, iqtisadi inkişaf, regional əlaqələr və təhlükəsizliyin möhkəmlənməsi baxımından qiymətləndirir”, - deyə komitə sədri bildirib.

Arzu Nağıyev onu da əlavə edib ki, Azərbaycan Prezidenti öz çıxışında ABŞ ilə balanslı siyasət yürütməsini, layihələrdə suveren maraqların prioritet olmasını da qeyd edib: “Prezident 907-ci düzəlişlə bağlı məsələyə də münasibət bildirib. Dövlət başçısı vaxtı ilə Bayden, Blinken hakimiyyəti dövründə ABŞ-ın Azərbaycana olan qərəzli mövqeyindən danışıb. ABŞ Azərbaycan münasibətlərində əsas şərt bərabər hüquqlu dialoq və qarşılıqlı hörmət prinsipi olmasıdır. Düşünürəm ki, bu gün Azərbaycanla ABŞ arasında olan münasibət diplomatik və diaspora səviyyəsində hər istiqamətdə, ən yüksək formada davam edir və burda parlamentlərarası, dövlətlərarası və hökumətlərarası münasibətlərimiz çox mühüm rol oynayır”.

 

Seçilən
52
azertag.az

1Mənbələr