AZ

Azərbaycan Kubokunda 1/4 final oyunlarının vaxtı bilindi

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk qarşılaşmalar iki günü əhatə edəcək 

"Sumqayıt" – "Zirə" və "Sabah" – "Qəbələ" matçları fevralın 4-də, "Şamaxı" – "Qarabağ" və "Turan Tovuz" – "Kəpəz" qarşılaşmaları isə növbəti gün keçiriləcək.

Bizon Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
4 fevral

17:00. "Sumqayıt" – "Zirə"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. "Sabah" – "Qəbələ"
"Bank Respublika Arena"

5 fevral

14:30. "Şamaxı" – "Qarabağ"
Şamaxı şəhər stadionu

19:00. "Turan Tovuz" – "Kəpəz"
Tovuz şəhər stadionu

Seçilən
36
2
fanat.az

6Mənbələr