AZ

Məşhur jurnalist polislər tərəfindən DÖYÜLDÜ

Ajans.az xəbər verir ki,bu barədə nəşrin rəsmi internet saytı məlumat yayıb. Məlumata görə, 6 yanvar tarixində hüquq-mühafizə orqanları paytaxtın MO[tri] barında təşkil olunan Harvest Fest festivalını dayandırıb. Polis reydi zamanı hadisəni işıqlandıran müxbir Anton Şlyaçkov da xəsarət alıb. Şlyaçkovun sözlərinə görə, o, polis əməkdaşlarının basqınını lentə alarkən diqqət mərkəzinə düşüb. Reyd çərçivəsində barın ziyarətçiləri narkotik maddələrin istifadəsinə görə yoxlanılıb. Jurnalist bildirib ki, maskalı polis əməkdaşları onun fəaliyyətinə aqressiv reaksiya verib, ona qışqırıblar və qollarını arxaya çeviriblər. O, media nümayəndəsi olduğunu desə də, bu fakta məhəl qoyulmayıb. Şlyaçkov döyüldüyünü və elektroşokerdən istifadə edildiyini qeyd edib:
“Onlar məni əsasən bədənimə vururdular, o cümlədən elektroşoker tətbiq etdilər. Bundan sonra psixoloji təzyiq göstərməyə çalışdılar,” — deyə jurnalist bildirib. Onun sözlərinə görə, polis əməkdaşları mətbuat vəsiqəsini çantasından çıxarmağa imkan verməyib, lakin sonradan çantadakı bütün əşyaları boşaldıblar. Təxminən 40 dəqiqə saxlanıldıqdan sonra jurnalistə “öz yolu ilə getməsi” tapşırılıb və o, sərbəst buraxılıb.

 

Seçilən
72
Ajans.az

1Mənbələr