Təbriz, Ərdəbil və Zəncanda əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.
Bu barədə “Iran International” Cənubi Azərbaycanın Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasına istinadən məlumat yayıb.
Bildirilir ki, adıçəkilən şəhərlərdə İran İslam Respublikasının təhlükəsizlik və hərbi qüvvələrinin sayı artırılıb. Xüsusi xidmət orqanlarının yerli bölmələri siyasi və ictimai fəallarla əlaqə saxlayaraq onları etiraz aksiyalarında iştirak etməməyə çağırır.
Təhlükəsizlik strukturlarının nümayəndələri Cənubi Azərbaycanın ictimai-siyasi və mədəni fəallarını hədələyir, onların etirazlara qoşulmasının qarşısını almağa çalışırlar.
Musavat.com