Xəbər verdiyimiz kimi, ötən ilin sonunda Tarif Şurasının qərarı ilə ölkədə Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətləri artırılıb.
Hər kəsi düşündürən bir sual var: Qiymət artımı taksi qiymətlərində dəyişikliyə səbəb olacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Emin Qəribli bildirdi ki, qiymət artımı bütün sahələrə öz təsirini göstərəcək:

"Amma taksiyə gəldikdə isə qeyd etmək lazımdır ki, bizim taksidə işləyənlərin əksəriyyəti ya elektriklə, ya da qaz və digər enerji vasitələrindən istifadə edir və inanmıram ki, bu, güclü təsir göstərsin. Qiymət artımı elə də yüksək olmadığına görə hesab edirəm ki, taksi qiymətlərinə çox təsir etməyəcək. Müəyyən mənada, tutaq ki, 5-10 faiz təsir edə bilər, lakin yenə deyirəm, baxsanız, şəhərdə taksilərin əksəriyyəti elektriklə işləyir. Ona görə də inanmıram. Təbii ki, benzinlə işləyənlərdə bu, bir qədər fərqli ola bilər. Belə bir narahatçılığa əsas yoxdur. Amma təbii ki, kənd təsərrüfatında dizel daha çox istifadə olunur və kənd təsərrüfatı məhsullarına təsir göstərə bilər. Bu da zəncirvari şəkildə digər sahələrə təsir edəcəkdir. Lakin taksiyə gəldikdə isə yenə deyirəm, elə böyük təsir göstərməyəcək".
Nuriyyə NATİQQIZI