AZ

Burkina Fasoda prezidentə sui qəsd cəhdinin qarşısı alınıb

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Burkina-Faso təhlükəsizlik qüvvələri Prezident İbrahima Traore də daxil olmaqla, ölkənin yüksəkvəzifəli dövlət rəsmilərinə qarşı sui-qəsd planının qarşısını alıb.

Oxu.Az-ın Rg.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin təhlükəsizlik naziri Mahamadu Sana çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, sui-qəsdçilərin qeyri-sabitlik yaratmaqla bağlı əməliyyatı 2026-cı il yanvarın 3-də, yerli vaxtla saat 23:00-da başlamalı idi. Onlar dövlət başçısının zərərsizləşdirilməsindən başlayaraq, mülki və hərbi məmurlara qarşı bir sıra hədəfli sui-qəsdlər planlaşdırıblar.

Sana bildirib ki, prezidentə qarşı sui-qəsd ya yaxın məsafədən, ya da onun iqamətgahına dron hücumu ilə həyata keçiriləcəkdi. Bundan sonra, plana əsasən, xarici qüvvələrin yerüstü müdaxiləsi baş tutacaqdı.

Təhlükəsizlik orqanları sui-qəsdin üstünü aça və bəzi iştirakçıları saxlaya bilib. Nazir sakinləri sakitliyi qorumağa çağırıb.

Mahamadu Sanın iddiasına görə, sui-qəsdin arxasında Burkina-Fasonun keçmiş prezidenti Pol-Anri Sandaoqo Damiba dayanıb. Onun sözlərinə görə, maliyyələşdirmə qonşu Kot-d'İvuardan gəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
oxu.az

1Mənbələr