Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Florida ştatının qubernatoru Ron DeSantis jurnalistlərə bildirib ki, Florida hakimiyyəti qaçırılan Venesuela Prezidenti Nikolas Maduroya qarşı qanunsuz immiqrasiya və narkotik qaçaqmalçılığı ittihamları irəli sürmək niyyətindədir.
Gununsesi.info bu barədə “Miami Herald” qəzetinə istinadən məlumat verir.
“Biz Nikolas Maduroya qarşı dövlət səviyyəsində iş qaldırma ehtimalını çox ciddi şəkildə nəzərdən keçiririk”, – deyə o, həmçinin bildirib.
Qubernator qeyd edib ki, iş Baş Prokurorluq tərəfindən araşdırılacaq.
DeSantisin sözlərinə görə, Venesuela lideri, xüsusən də Floridada narkotik qaçaqmalçılığı ilə əlaqəli idi.
O da bildirilib ki, ittihamlar həm ştat, həm də federal səviyyələrdə irəli sürülə bilər, çünki bunlar iki fərqli yurisdiksiyadır.
Elmar
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.