AZ

"Fənərbağça"dan səs-küylü transfer - Ulduz futbolçu ilə razılıq əldə olundu

Türkiyə Super Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Fənərbağça" transfer səylərini sürətləndirib. 

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi Antoni Musabanın transferindən sonra yarımmüdafiə xəttinə ulduz futbolçu gətirir.

"Sarı-lacivərdlər" İtaliya A Seriyası təmsilçisi "Latsio"da oynayan Matteo Genduzi ilə razılığa gəlib. 

İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. Müqavilənin təfərrüatları da dəqiqləşdirilib. "Fənərbağça" fransız futbolçu ilə 4,5 illik müqavilə və 1 illik seçim imkanı barədə razılığa gəlib. Transfer haqqına gəlincə, tərəflər arasında bonuslar da daxil olmaqla, ümumilikdə 30 milyon avro məbləğində razılaşma əldə edildiyi bildirilir. 

Genduzinin 11 yanvarda - bazar günü keçiriləcək "Verona" - "Latsio" matçından sonra İstanbula gələcəyi gözlənilir. 

Karyerasına PSJ-nin futbol akademiyasında başlayan 26 yaşlı yarımmüdafiəçi "Loryan", "Arsenal", "Herta", "Olimpik Marsel" və "Latsio" kimi klublarda oynayıb. 

Genduzi bu mövsüm "Latsio"da 16 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
26
1
fanat.az

2Mənbələr