ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xalq artisti Aygün Kazımova və müğənni Nəsimi Məmmədov sosial şəbəkələrdə viral olan “Məsafələr” adlı duetlərini klip şəklində dinləyicilərin ixtiyarına veriblər.
Axşam.az xəbər verir ki, mahnının söz və musiqisi Fərid Kərimliyə aiddir. Ekran işinin rejissor işi Emin Muradova həvalə edilib.
Sevgi balladasında 2 aşiqin hissləri əks olunub.
Ölkənin əsas ulduzu Aygün Kazımova və Nəsimi Məmmədov klip üçün Şamaxıya üz tutublar.
Qeyd edək ki, müğənnilər mahnını Yeni il günü məkanlardan birində oxuyub. Bəstənin həmin görüntüləri sosial şəbəkədə yayılıb və viral olub.
Mahnı artıq bütün musiqi platformalarında yayımdadır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.