Ankara yaxınlığında qəzaya uğrayan Liviya təyyarəsinin qara qutusu Böyük Britaniyada araşdırılacaq
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazir bildirib ki, qara qutu və səs yazan cihazın hər ikisi zədələnib, təyyarənin qara qutusu İngiltərədə araşdırılacaq.