AZ

İranda casus kimi tutulan şəxs edam edildi

İranda İsrailin xarici kəşfiyyat xidməti MOSSAD üçün casusluq etməkdə ittiham olunan bir şəxs edam edilib.

"Cebheinfo.az" xəbər verir ki, İran Ədliyyə Sisteminə bağlı olan “Mizan” agentliyinin məlumatına görə, sosial media vasitəsilə Mossad ilə əlaqə quran Əli Ardestani ölkə daxilindəki bəzi hədəflərin görüntülərini və sui-qəsdə məruz qalmış iranlılarla bağlı məlumatları İranda İsrail adına casusluq edən şəxslər vasitəsilə kriptovalyuta qarşılığında MOSSAD zabitlərinə ötürürdü.

Məlumata əsasən, Ardestaninin ölüm hökmü bu gün icra olunub.

Seçilən
99
cebheinfo.az

1Mənbələr