AZ

"Fənərbaxça" ulduz futbolçunun transferinə yaxındır

style='margin-bottom:10px;'>

"Fənərbaxça" heyətinə daha bir ulduz futbolçunu qatmağa yaxındır.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, İstanbul klubunun "Latsio"dan Matteo Genduzini heyətinə cəlb edəcəyini bildirib. Klublar arasında şifahi razılaşma olub. Bu transfer üçün "Fənərbaxça"nın Roma təmsilçisinə 29 milyon avro ödəyəcəyi bildirilib. Qarşıdakı günlərdə müqavilənin imzalanması gözlənilir.

26 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqust ayından etibarən “Latsio”nun formasını geyinir.  Fransa millisinin üzvü bu mövsüm "Latsio"da 16 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.

Seçilən
84
1
teleqraf.com

2Mənbələr