Globalinfo.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının sədri Florian Filippot deyib.
"Almaniya, ABŞ və İtaliya bunu açıq şəkildə bildirdilər. Çünki hamı bilir ki, bu, Rusiyaya qarşı müharibəyə səbəb olacaq!", - deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 6-da Parisdə Avropa liderləri, eləcə də ABŞ Prezidentinin səfiri Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin qatıldığı "könüllülərin koalisiyası" sammiti keçirilib.
Görüşdə Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti də iştirak edib. Zirvə görüşündən sonra Uitkoff Ukraynadakı münaqişənin həlli istiqamətində "əhəmiyyətli irəliləyiş" əldə edildiyini deyib. O, buraya Kiyev üçün təhlükəsizlik zəmanətlərinin , eləcə də ölkənin iqtisadi inkişafı üçün bir planın daxil olduğunu qeyd edib.
"Politico" qəzeti yazıb ki, ABŞ Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasında Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı birgə bəyanat imzalamayıb.