AZ

“Mərmi təşəbbüsünü” davam etdirməyə hazırıq, lakin bir şərtlə - Çexiya Baş naziri

Parisdə keçirilən “Qətiyyətlilər koalisiyası”nın iclasından sonra Çexiya Baş naziri Andrey Babiş ölkəsinin Ukrayna üçün başlatdığı sursat təşəbbüsünün davam etdirilə biləcəyini deyib. Ancaq bir şərtlə - digər ölkələr bu təşəbbüsə maliyyə yatırmalıdırlar.

Herbiand.az bildirir ki, bəyanat Çexiya hökumətinin saytında dərc edilib.

Hökumətin bəyanatında bildirilib ki, Baş nazir Andrey Babiş ölkəsinin bəyannamənin bəzi bəndləri ilə bağlı müəyyən şübhələri olduğunu qeyd edib. O, əlavə edib ki, Çexiya müharibədən sonra sülhməramlı əməliyyatları izləmək üçün Ukraynaya öz ordusunu göndərməyi planlaşdırmır.

Nazir vurğulayıb ki, ölkə vətəndaşlarının pulları Ukrayna üçün sursat alınmasına xərclənməyəcək. Prosedurun özü isə şəffaf və korrupsiya olmadan aparımalıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr