Türkiyənin "Fənərbaxça" klubu heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Latsio" klubu ilə Matteo Guendouzinin transferi ilə bağlı razılıq əldə edib. Razılaşmaya əsasən, bonuslar da daxil olmaqla transferin ümumi məbləği 30 milyon avro təşkil edir.
Məlumata görə, “Fənərbaxça” fransalı yarımmüdafiəçi ilə 4,5+1 illik müqavilə imzalayıb. Futbolçunun yaxın günlərdə rəsmi şəkildə ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Matteo karyerası ərzində “Arsenal” və “Marsel” kimi klublarda da çıxış edib.
“Fənər”in qolkiperi Super Liqada klubunu dəyişəcək
Erik ten Haq Niderland klubuna rəhbərlik edəcək - RƏSMİ
“Fənər” Türkiyə Superkubokunun finalında - YENİLƏNİB
Super Liqa klubunda ayrılıq - RƏSMİ
“Siti”nin daha bir müdafiəçisi sıradan çıxıb - Qvardiola açıqladı