AZ

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın enerji strategiyasının gələcək konturlarını bir daha aydın göstərdi – Deputat

Bakı. Trend:

Yanvarın 6-da Prezident İlham Əliyevin yerli televiziyakanallarına verdiyi geniş müsahibə ölkənin daxili və xaricisiyasətinin əsas istiqamətləri ilə yanaşı, enerji sektorunda həyatakeçirilən islahatlara və strateji hədəflərə də aydınlıqgətirdi.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı məqamlarbir daha təsdiqlədi ki, enerji təhlükəsizliyi və dayanıqlı inkişafAzərbaycan üçün prioritet istiqamətlərdəndir:

“Azərbaycan son illərdə enerji sektorunun modernləşdirilməsi vədiversifikasiyası istiqamətində ciddi və ardıcıl addımlar atır.Ölkə balanslı enerji siyasəti yürüdərək həm neft-qaz resurslarınaəsaslanan istehsalı qoruyur, həm də bərpa olunan enerjimənbələrinin inkişafını strateji prioritet kimimüəyyənləşdirir”.

Deputat qeyd edib ki, son illərdə Azərbaycanda bərpa olunanenerjiyə böyük investisiyalar yatırılır və bu sahədə genişinvestisiya imkanları formalaşıb:

“2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunanmənbələrin payının 30 faizə çatdırılması qarşıya mühüm hədəf kimiqoyulub. Bu məqsədlə Qaradağda günəş elektrik stansiyası,Zəngilanda və Laçında külək və hidroelektrik layihələri uğurla icraolunur. Bu layihələr təkcə enerji istehsalını artırmır, eynizamanda regionların sosial-iqtisadi inkişafına da töhfə verir”.

A.Həsənova vurğulayıb ki, bu gün Azərbaycanın elektrik enerjisiGürcüstan, Türkiyə, İran və Rusiya kimi qonşu ölkələrə ixracolunur:

“Bakı artıq regional enerji təhlükəsizliyində mühüm aktoraçevrilib. Köhnə istilik stansiyalarının modernləşdirilməsi, müasiridarəetmə və rəqəmsal sistemlərin tətbiqi enerji istehsalındaeffektivliyi və şəffaflığı əhəmiyyətli dərəcədə artırıb”.

A.Həsənova xüsusi olaraq “8 Noyabr” Elektrik Stansiyasınınəhəmiyyətinə də toxunub. Onun fikrincə, stansiyanın Zəfər Günününadı ilə adlandırılması sadəcə rəsmi qərar deyil, bu addımAzərbaycanın milli qürurunun, müstəqilliyinin və öz resurslarıhesabına gələcəyini qurmaq əzminin rəmzidir:

“Bu stansiya eyni zamanda postmüharibə dövründə ölkəmiziniqtisadi dirçəlişinin və infrastruktur yenilənməsinin bariznümunəsidir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsiAzərbaycanın enerji siyasətinin yalnız bu günü deyil, uzunmüddətligələcəyi hədəflədiyini göstərir:

“Güclü iqtisadiyyat, dayanıqlı enerji sistemi və regionaləməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərini daha damöhkəmləndirən əsas amillər kimi çıxış edir”.

Məqalədə:
Seçilən
101
1
az.trend.az

2Mənbələr