AZ

ABŞ kəşfiyyaına AĞIR İTKİ

Ajans.az xəbər verir ki,bu barədə CBS News məlumat yayıb. Məlumata görə, Aldrich Ames 84 yaşında Merilend ştatının Kamberlend şəhərində yerləşən Federal İslah Müəssisəsində vəfat edib. O, şərti azadlığa buraxılmadan ömürlük həbs cəzası çəkirdi. Xatırladaq ki, Aldrich Ames 1994-cü ildə SSRİ-yə, daha sonra isə Rusiyaya casusluq etmək ittihamı ilə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilmişdi. Müstəntiqlərin bildirdiyinə görə, o, 100-dən çox ABŞ kəşfiyyat əməliyyatını ifşa edib və onlarla amerikalı agenti Sovet xüsusi xidmət orqanlarına satıb. Nəticədə həmin agentlərin bir çoxu həbs edilib, bəziləri isə edam olunub.

Aldrich Ames ötürdüyü məxfi məlumatlar müqabilində külli miqdarda pul əldə edib və bu vəsaiti dəbdəbəli həyat tərzinə xərcləyib.

Seçilən
68
Ajans.az

1Mənbələr