Globalinfo.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"6 yanvarda Qərb "könüllülər koalisiyası"nın iclasından sonra qəbul edilmiş sənədin son versiyasını təqdim edib. Bəyanatda ABŞ-ın təhlükəsizlik zəmanətlərinin təmin edilməsindəki potensial roluna, o cümlədən kəşfiyyat, logistika yardımı və hücum halında Avropa çoxmillətli qüvvələrini dəstəkləmək öhdəliklərinə istinadlar yoxdur. Adı açıqlanmayan bir rəsmi bildirib ki, ABŞ-ın öz öhdəliklərini nə dərəcədə yerinə yetirməyə hazır olduğu bəlli deyil. Vaşinqton da sənədi imzalamaqdan imtina edib", - deyə bildirilib.
Qeyd edək ki, yanvarın 6-da "könüllülər koalisiyası"nın iclasından sonra Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski münaqişə bitdikdən sonra Ukraynaya çoxtərəfli kontingent göndərmək niyyəti barədə bəyannamə imzalayıblar.