AZ

Venesueladan sonra Qrenlandiya - ABŞ yeni əməliyyat keçirəcək?

BAKI, 7 yanvar. TELEQRAF

“ABŞ dövlət katibi Marko Rubio mənimlə danışıqlarda Amerikanın Qrenlandiyada hərbi əməliyyat aparmaq ehtimalını istisna edib”.

Teleqraf xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

“ABŞ dövlət katibi ilə telefonla danışdım, təsdiqlədi ki, bu, ABŞ tərəfindən seçilmiş kurs deyil”, - nazir bildirib.

Barronun sözlərinə görə, Rubio Qrenlandiyada Venesuelada baş verənlər kimi bir hadisənin baş verməsi ehtimalını istisna edib.

Fransa XİN rəhbəri hesab edir ki, NATO-nun bir ölkəsinin digərinə hücumu mənasızdır: “Bu, ABŞ-nin maraqlarına zidd olardı”.

Barro əmin olduğunu vurğulayıb ki, Qrenlandiya Avropa ərazisidir, belə də qalacaq.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt bundan öncə Qrenlandiya məsələsindən danışarkən söyləmişdi ki, ABŞ Silahlı Qüvvələrinin tətbiqi variantı həmişə Ali Baş Komandanın sərəncamında qalır.

Seçilən
55
teleqraf.com

1Mənbələr