AZ

Azərbaycan ötən il iki ölkəyə 20 yanğınsöndürən nəqliyyat vasitəsi satıb

Bakı. Trend:

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən (Çin) 1ədəd yanğınsöndürən nəqliyyat vasitəsi gətirilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda yanğınsöndürən nəqliyyat vasitəsininidxalının dəyəri 52,1 min ABŞ dolları olub.

2024-cü ildə isə Azərbaycana iki ölkədən – Çin və Avstriyadanhərəsindən bir ədəd olmaqla ümumilikdə 876,1 min ABŞ dollarıdəyərində 2 ədəd yanğınsöndürən nəqliyyat vasitələri idxaledilmişdi. Beləliklə, illik müqayisədə sözügedən nəqliyyatvasitələrinin sayı 1 ədəd, idxal dəyəri isə 824 min BŞ dolları vəya 16,8 dəfə azalıb.

Eyni zamanda hesabat dövründə Azərbaycandan iki ölkəyə -Qırğızıstan və Çinə hərəsinə 10 ədəd olmaqla ümumilikdə 671 min ABŞdolları dəyərində 20 ədəd yanğınsöndürən nəqliyyat vasitələri ixracedilib. 2024-cü ilin eyni dövründə ölkədən sözügedən nəqliyyatvasitələrinin ixracı qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 86909 ədəd minik avtomobili, 6 588 ədəd yük avtomobili, 702 ədədavtobus idxal olunub.

Seçilən
72
1
az.trend.az

2Mənbələr