AZ

“Roma”nın baş məşqçisi tarixə düşüb

Bakı. Trend:

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasında tarixigöstəriciyə imza atıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəlimütəxəssis İtaliya çempionatında 1000 xal həddini keçən üçüncü başməşqçi olub.

A Seriyasının 19-cu turunda “Roma” səfərdə “Leççe”ni 2:0 hesabıilə məğlub edib.

Bildirilib ki, qələbəyə görə üç xal sisteminin tətbiq olunduğudövrdə (1994/1995 mövsümündən etibarən) Qasperinidən əvvəl bugöstəriciyə yalnız iki məşqçi nail olub. Bunlar hazırda “Yuventus”uçalışdıran Luçano Spalletti və “Milan”ın baş məşqçisi MassimilianoAlleqridir.

Qeyd edək ki, Can Pyero Qasperini “Roma”ya 2025-ci ilin yayındabaş məşqçi təyin olunub. Paytaxt klubu hazırda 19 oyundan sonra 36xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb.

Məqalədə:
Seçilən
83
az.trend.az

1Mənbələr