AZ

Venesueladan sonra Qrenlandiya? : Tramp zarafat eləmir

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

Ekspertlər ABŞ Prezidenti Donald Trampın Venesuelaya hərbi müdaxiləsindən sonra Danimarka Krallığının tərkibində olan Qrenlandiya muxtar bölgəsi ilə bağlı səsləndirdiyi təhdidlərin ciddi qəbul edilməli olduğunu bildirirlər.Turkustan.az xəbər verir ki, Kanadadakı Fraser Vadisi Universitetinin müəllimi Dr. Mark Kersten, Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun (DIIS) baş tədqiqatçısı Rasmus Sinding Sondergaard və Quincy İnstitutunun vitse-prezidenti Trita Parsi Trampın Qrenlandiyaya yenidən maraq göstərməsi ilə bağlı fikirlərini bölüşüblər.ABŞ-ın Qrenlandiyaya potensial hücumunun real risk yaradıb-yaratmadığı sualına cavab verən Kersten bildirib:

“Bəli, real risk var və dövlətlər buna real və qaçılmaz təhlükə kimi yanaşmalıdırlar.”Kersten vurğulayıb ki, Venesuelaya qarşı həyata keçirilən qanunsuz hücumlar, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı ilhaq etmə cəhdlərinə açıq heyranlıq, İsrailin Qərb Sahilinin bəzi hissələrini faktiki olaraq ilhaq etdiyi bir prosesdə Baş nazir Benyamin Netanyahunun dəstəklənməsi, eləcə də Qrenlandiya və hətta Kanadanın ilhaqı ilə bağlı təhdidlər təcrid olunmuş hadisələr kimi qiymətləndirilməməlidir. O, fikirlərini belə davam etdirib:“Əgər kimsə sizə kim olduğunu deyirsə, ona inanmalısınız. Tramp dünyaya açıq şəkildə göstərir ki, onun administrasiyası beynəlxalq hüququn fundamental prinsipləri ilə mübarizə aparır. Bu vəziyyəti real risk kimi ciddiyə almamaq və beynəlxalq hüququn lehinə aydın və kollektiv mövqe ortaya qoymamaq təkcə zəiflik deyil, eyni zamanda təhlükəlidir.”

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
icma.az

2Mənbələr