ABŞ senatoru Lindsi Qrehem İranın ali lideri Əli Xameneiyə sərt xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Qrehem bildirib ki, əgər rejim etirazçılara qarşı repressiyaları davam etdirərsə, bu, onun fiziki məhv edilməsinə səbəb olacaq.
“Siz anlamalısınız, əgər daha yaxşı həyat tələb edən xalqınızı əzməyə davam etsəniz, Donald Tramp sizi öldürəcək,” – deyə Qrehem bəyan edib.
Onun sözlərinə görə, İran Yaxın Şərq tarixində ən böyük dəyişikliklər astanasındadır və bu, hazırkı rejimin devrilməsinə yönəlib.
Senator İran hakimiyyətini “nasist rejimi” adlandırıb və İran xalqına dəstəyin artıq yolda olduğunu vurğulayıb.
Xatırladaq ki, İranda artıq on gündür ölkə üzrə genişmiqyaslı etirazlar davam edir. Bu gün səhər etirazçılar ABŞ Prezidenti Donald Trampa birbaşa müraciət edərək ondan yardım istəyiblər.
İran mediasının məlumatına görə, artıq iki mindən çox etirazçı saxlanılıb, 36 nəfər, o cümlədən iki təhlükəsizlik əməkdaşı həlak olub.
Müşviq Tofiqoğlu
KONKRET.az