AZ

Yaponiyada 33 təkan qeydə alınıb

Yaponiyanın əsas meteorologiya agentliyinin məlumatları əsasında hesablayıb ki, çərşənbə axşamı 6,4 bal gücündə zəlzələ qeydə alınan Yaponiyanın Şimane prefekturası ərazisində otuz üç təkan baş verib.

QHT.az xəbər verir ki, zəlzələnin episentri 11 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi barədə məlumat verilməyib. Zəlzələnin episentri Yaponiyada istifadə edilən yeddi ballıq şkala üzrə 5+ bal gücündə olub. Son məlumatlara görə, doqquz nəfər xəsarət alıb.
Ən güclü afterşok əsas zəlzələdən on dəqiqə sonra baş verən 5,1 bal gücündə zəlzələ olub. Ən zəif afterşoklar isə bir neçə dəfə 2,8 bal gücündə zəlzələ olub. Baş verən zəlzələdən sonra meteoroloqlar həftə ərzində daha güclü zəlzələlərin riskinin qalacağı barədə xəbərdarlıq ediblər.
 
R.İmanov
Seçilən
36
qht.az

1Mənbələr