AZ

Hacıqabulda qəzada xəsarət alan 5 nəfərin vəziyyəti açıqlanıb

Bakı. Trend:

Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsisəbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) 07.01.2026-cı iltarixində saat 09:40 radələrində Şirvan Şəhər MərkəziXəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiyaolunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərəzəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxşqiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin (1 kişi, 1 qadın) müalicəsi müvafiq şöbədədavam etdirilir, vəziyyətləri orta ağırdır.

Məqalədə:
Seçilən
67
az.trend.az

1Mənbələr