AZ

Rusiyaya casusluq edən MKİ agenti ABŞ həbsxanasında vəfat edib

Moskvaya casusluq etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş zabiti Oldriç Eyms 84 yaşında ABŞ həbsxanasında vəfat edib.

Herbiand.az bildirir ki, Eymsin ölümü ABŞ Federal həbsxanalar bürosunun qeydləri ilə təsdiqlənir.

O, 5 yanvar 2026-cı ildə Merilenddəki islah müəssisəsində vəfat edib. Ölüm səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, 1994-cü ildə məhkəmə Oldriç Eymsi təxminən 10 il ərzində sovet, daha sonra isə Rusiya xarici kəşfiyyatı ilə əməkdaşlıq etməkdə günahkar bilib. Müstəntiqlərin qənaətinə görə, o, Rusiya hökumət və müdafiə strukturlarında çalışan 10-dan çox Mərkəzi Kəşfiyyat İdarəsinin agentini ələ verib. Eyms ABŞ kəşfiyyatında 30 ildən çox çalışıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
herbiand.az

1Mənbələr