AZ

AP deputatı Ursula fon der Leyenə qarşı məhkəmə iddiası qaldırıb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Avropa Parlamentinin (AP) deputatı və Almaniyanın BSU partiyasının həmsədri Fabio De Mazi, Avropa Komissiyasının sədri Ursula fon der Leyen-ə qarşı Avropa Məhkəməsində iddia qaldırıb. O, fon der Leyen-dən müdafiə sənayesi ilə əlaqələrinə dair məlumat tələb edir.

Bizimyol.info xəbər verir ki, müraciətin mətnini Almaniyanın DPA xəbər agentliyi əldə edib.

De Mazi, Avropa Parlamentinin Avropa Komissiyasının fəaliyyətinə nəzarət etmək məqsədilə məlumat almaq hüququna əsaslanaraq iddia qaldırır. Deputatın fikrincə, fon der Leyen, AP-nin sorğularına cavab vermək öhdəliyini pozub, çünki o, müdafiə şirkətləri ilə əlaqələri barədə tam məlumat verməyib.

2025-ci ilin mart ayında, De Mazi fon der Leyendən 2024-cü ilin ortalarından etibarən silah istehsalçıları ilə bütün əlaqələri açıqlamağı tələb edib. Buna, görüşlər, telefon zəngləri, videokonfranslar və elektron poçt yazışmaları daxildir. Lakin, fon der Leyendən 2025-ci ilin oktyabrında alınan cavab, De Mazi tərəfindən gecikmiş və çox ümumi hesab edilib.

De Mazi, fon der Leyenə işarə edərək: "O, özünü XIV Lüdvig hesab edir", - deyə bildirib.

Qeyd edək ki, XIV Lüdvig Fransız absolutizmini müdafiə edən və özünü monarxiya sistemində mütləq hakimiyyət sahibi kimi görən bir kral olub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
bizimyol.info

1Mənbələr