Venesuela sahillərində ən azı beş tanker artıq bayraqlarını Rusiya bayraqları ilə dəyişdirib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Bu tendensiya Bolivar Respublikasının dəniz blokadasını təşkil edən və kölgə donanmasının gəmilərinə qarşı “ova” başlayan Amerika donanmasının fəaliyyəti ilə əlaqələndirilir.
Bunu edən ilk gəmi “Bella 1” tankeri olub. “Hyperion” tankeri də eyni şeyi edib, digər üç adsız gəminin heyətləri də eyni addımı atıblar.