"Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi üç avtomobilin toqquşması nəticəsində baş verib".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 9:30-da Hacıqabul-Horadiz yolunun üçüncü kilometrliyində qeydə alınıb.
"KIA markalı, 77-FM-166 dövlət nömrə nişanlı avtomobil qatı duman şəraitində ötmə əməliyyatı edərkən iki avtomobili vuraraq hərəkət zolağından çıxarıb. Yoldan çıxan avtomobillər 77-DH-814 dövlət nömrə nişanlı KIA markalı və 02-BK-598 dövlət nömrə nişanlı "QAZel" markalı nəqliyyat vasitələri olub. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
***
Hacıqabulda zəncirvari qəza olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"QAZel" markalı avtomobillə iki KIA markalı maşın toqquşub.
Nəticədə beş nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
