“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı bildirib ki, təşkilat vərəm sahəsində layihə və vətəndaşlara geniş dəstək xidmətləri təqdim edir.
QHT.az xəbər verir ki, bu xidmətlərə vərəm layihələri üçün peşəkar maliyyə və təlimçi xidməti, vərəm xəstəliyi ilə bağlı sualların cavablandırılması, pasiyentlərin və ailələrinin sosial yardım və əlillik məsələlərində dəstəklənməsi, müalicə prosesində yaranan anlaşılmazlıqların araşdırılması daxildir.
O, vətəndaşları və QHT-ləri bu xidmətlərdən yararlanmağa çağıraraq müraciət üçün [email protected] ünvanına yazmağı və vgdib.az saytının Xidmətlər bölməsinə baxmağı tövsiyə edib.