AZ

"Mançester Siti"nin iki ulduzu "Qalatasaray"la oyunda iştirak etməyəcək

Çempionlar Liqasında “Qalatasaray”la qarşılaşacaq “Mançester Siti” ciddi itkilərlə üzləşib. 

Missiya.Az xəbər verir ki, klubun müdafiəçiləri Josko Qvardiol və Ruben Dias zədələndikləri üçün 28 yanvar “Etihad” stadionunda keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Premyer Liqada ardıcıl iki heç-heçədən sonra “Mançester Siti” artıq “Arsenal”dan altı xal geri qalır. Zədə xəbərləri isə komanda üçün əlavə çətinlik yaradıb.

Qrup mərhələsinin son turunda İngiltərə və Türkiyə klubları qarşı-qarşıya gələcək.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
57
missiya.az

1Mənbələr