AZ

Taksi qiymətləri artacaq? -

Azərbaycanda benzin və dizel yanacağının qiymətində baş verən son artım nəqliyyat sektorunda da müzakirələrə səbəb olub. Benzinin 5, dizelin isə 10 qəpik bahalaşması xüsusilə gündəlik taksidən istifadə edən sərnişinləri narahat edir. Bəzi vətəndaşlar taksi sifarişi zamanı əvvəlkindən fərqli qiymətlərlə qarşılaşdıqlarını iddia edirlər. Bəs, doğrudan da, taksi qiymətlərində də artım baş verəcək? Nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, taksidə istismarda olan avtomobillərin böyük əksəriyyəti hibrid və benzinə qənaətcil avtomobillərdir. O həmçinin qeyd edib ki, taksidə qiymətlər fiks deyil, dəyişən tarifdir: “Ona görə də düşünmürəm ki, benzin və dizel qiymətinin dəyişməyinə görə taksi qiymətləri də yüksəlsin”. Sevinc İbrahimzadə / Metbuat.az


Seçilən
38
metbuat.az

1Mənbələr