AZ

Nədimə Rəhimli: "QHT-lərin beynəlxalq nüfuzu sürətlə artır"

Son illərdə Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda təmsilçiliyi keyfiyyət baxımından artmaqdadır. Qeyd olunmalı müsbət məqam ondan ibarətdir ki, QHT-lər artıq regional və qlobal müzakirələrdə milli maraqları peşəkar şəkildə ifadə və müdafiə edə bilirlər.

Bu fikri "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli QHT.az-a bildirib. Onun sözlərinə görə, artıq onlar yalnız müxtəlif beynəlxalq tədbirlərdə yalnız iştirakçı kimi yer almır, eyni zamanda müvafiq mövzular öz mövqelərini beynəlxalq ictimaiyyətə çatdıra bilirlər:

"Beynəlxalq platformalarda təmsilçiliyə gəldikdə isə, artıq Azərbaycan QHT-ləri özləri beynəlxalq platformaların təşəbbüskarı və yaradıcısı olurlar. Bu məqamda ötən il Azərbaycanda əsası qoyulan Qlobal Cənub QHT Platforması və TDT ölkələri QHT-lərinin Platformalarını ölkəmizin vətəndaş cəmiyyəti adına böyük uğur kimi qiymətləndirmək olar.

Əlbəttə ki, beynəlxalq fəaliyyət baxımından QHT-lərimizin görə biləcəyi işlər daha da çoxdur. Tezliklə QHT-lərin beynəlxalq təmsilçiliyinin və əməkdaşlığının daha da arzu olunan səviyyəyə çatacağına ümid edirik".

Seçilən
42
qht.az

1Mənbələr