AZ

Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 424 şəxs saxlanılıb

Ankara, 7 yanvar, AZƏRTAC

Türkiyənin 63 vilayətində narkotik maddələrin qanunsuz dövriyyəsi, satışı və ya saxlanmasında şübhəli bilinən 424 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə, son iki həftə ərzində keçirilən əməliyyatlarda 15 minə qədər hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib, 1,3 tondan çox narkotik maddə, eləcə də 180 min psixotrop həb müsadirə olunub.

Nazir bildirib ki, saxlanılan şəxslərdən 162 nəfəri məhkəmə qərarı ilə həbs edilib.

Yerlikaya narkotik qaçaqmalçılarına qarşı mübarizənin tam qətiyyətlə davam edəcəyinə əminliyini bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
32
1
azertag.az

2Mənbələr