AZ

“Fənərbağça” qapıçısını icarəyə verib

Bakı, 7 yanvar, AZƏRTAC

Türkiyənin “Fənərbağça” komandası qapıçısı İrfan Can Eyribayatı “Samsunpsor”a icarəyə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisinin prezidenti Yüksəl Yıldırım məlumat verib.

Funksioner 27 yaşlı qolkiperi cari mövsümün sonunadək icarə əsasında heyətə qatdıqlarını bildirib.

Qeyd edək ki, İrfan Can Eyribayat 2022-ci ildən “Fənərbağça”da çıxış edir.

Seçilən
103
5
azertag.az

6Mənbələr