
ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft alışını əhəmiyyətli dərəcədə azaltdığını bildirib.
Missiya.Az xəbər verir ki, Tramp bu fikirləri Vaşinqtonda Respublikaçılar Partiyasının üzvləri ilə görüş zamanı Fox News telekanalına açıqlamasında səsləndirib.
“Hazırkı vəziyyətə nəzər salsaq, Hindistanın Rusiyadan neft idxalını ciddi şəkildə azaltdığını görmək olar”, – deyə ABŞ Prezidenti qeyd edib.
Xatırladaq ki, yanvarın əvvəlində “Reuters” agentliyi mənbələrə istinadən Hindistan hakimiyyətinin ölkənin neft emalı zavodlarından Rusiya və ABŞ-dən alınan neft həcmləri barədə həftəlik hesabat tələb etdiyini yazmışdı. Agentliyin məlumatına görə, yaxın aylarda Hindistanın Rusiyadan neft idxalı sutkada 1 milyon bareldən aşağı düşə bilər.
Qeyd edək ki, Donald Tramp administrasiyası daha əvvəl Hindistanın idxalına tariflər tətbiq edib. Ötən ilin avqustunda isə Dehlinin Rusiyadan böyük həcmdə neft almasını əsas gətirərək bu tariflər 50 faizə qədər artırılıb.
Seyranə QuliyevaMissiya.Az