Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş “Yaşıl dünya naminə!” layihəsinin açılış mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Vəkilov Məmməd, Qazax Rayon İşıq İdarəsinin mühəndisi Xasməmmədli İlham, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumtəhsil məktəbinin direktoru Alıyeva Aynurə, layihənin işçi heyəti, məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Layihə çərçivəsində şagirdlərə 4 ay ərzində elektrik enerjisinə qənaət mövzusunda maarifləndirici təlimlər və müsabiqələr təşkil ediləcək. Bu fəaliyyətlər nəticəsində şagirdlərdə ekoloji düşüncə tərzi formalaşacaq, ətraf mühitə qayğı artacaq və enerji qənaətinin əhəmiyyəti daha dərindən dərk olunacaq.
Qeyd edək ki, “Yaşıl dünya naminə!” layihəsi Qazax rayonu Qaratel Hacımahmudova adına ümumtəhsil məktəbində direktor Alıyeva Aynurə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi evdə enerji istehlakının azaldılmasının gələcəyimiz üçün əhəmiyyətini şagirdlərə aşılamaqdır. Layihə çərçivəsində məktəbdə ekoloji maarifləndirici təlimlər, ağacəkmə aksiyaları, enerji səmərəliliyi mövzusunda müsabiqələr və şagird təşəbbüsləri həyata keçiriləcək.
“Yaşıl dünya naminə!” layihəsi həm təhsil ictimaiyyətində, həm də yerli icma arasında ekoloji məsuliyyətin və resurslara qənaət mədəniyyətinin formalaşmasına töhfə verməyi hədəfləyir.
Anar