Amerika şirkətləri "Chevron" və "Quantum Energy Partners Rusiya" şirkəti "Lukoil"un beynəlxalq aktivlərini almaq üçün qüvvələrini birləşdirməyi planlaşdırırlar...
Poliqon xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, alış baş tutarsa, şirkətlər "Lukoil"un aktivlərini öz aralarında bölməyi planlaşdırırlar. Rusiya şirkətinin beynəlxalq aktivlərinin məbləği 22 milyard dollardır.
Saziş "Lukoil"un Avropa, Asiya və Yaxın Şərqdə 2000-dən çox yanacaqdoldurma məntəqəsi də daxil olmaqla bütün beynəlxalq aktivlər portfelini əhatə edə bilər.
Dekabrın sonunda "Quantum Fondunun" Corc Sorosla birlikdə həmtəsisçisi olan Cim Rocers Rusiyanın neft və qaz şirkəti "Lukoil"un beynəlxalq aktivlərində potensial maraqlarını açıqladı. Bloomberg-in məlumatına görə, "Exxon Mobil" və "Chevron" da "Lukoil"un aktivləri üçün potensial təklifçilərdir.
Bundan əvvəl "Politico" nəşri ABŞ prezidenti Donald Trampın keçmiş baş müşaviri Brayan Lanzanın "Lukoil" şirkətinin beynəlxalq bölməsinin xarici aktivlərinin satışı üzrə məsləhətçisi olduğunu bildirmişdi. Mənbənin məlumatına görə, Lanza ABŞ investisiya bankı "Xtellus Partners"ə aktivlərin satışı üzərində işləyir, bu bank isə səhmlərin nağdsız mübadiləsini təklif edib.
Poliqon.info