"Yaxın gələcəkdə onkoloji xəstəliklərin ən geniş yayılmış növləri dəri, süd vəzisi və prostat vəzisi xərçəngləri olacaq".
Bu barədə rusiyalı onkoloqu Andrey Kaprin məlumat verib.
Onun sözlərinə görə, onkoloji xəstəliklərin risk qrupları arasına daha çox siqaret, alkoqoldan və geni modifikasiya edilmiş ərzaqlardan sui-istifadə edənlər, həmçinin kifayət qədər fiziki aktivliklə məşğul olamayanlar daxildirlər.
Burada genetik amillər də az rol oynamır, belə ki, ailədə kiminsə xərçəng xəstəliyindən əziyyət çəkməsi risk amilini artırır. Bununla belə, müasir diaqnostika metodları sayəsində xəstəliyi ən erkən mərhələdə aşkar etmək mümkündür.