Bakıda marketdən alınan çörəyin içindən zibil çıxıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Həmin çörəyi “Çörəkçi” şirkəti istehsal edib və bütün marketlər şəbəkələrində satılır.
Məsələ ondadır ki, “Çörəkçi”nin şüarı “Çörəyi al Çörəkçidən”dir. İçindən zibil çıxan çörəyin paketinin üzərində də bu sözlər yazılıb.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlamışıq.
Qeyd edək ki, “Çörəkçi” zavodu 2013-cü il ildə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “ATS Food” MMC-nin vəsaiti hesabına tikilib. Zavodun təsis edilməsində məqsəd sanitar-gigiyenik norma tələblərinin gözlənildiyi istehsal müəssisəsində, əl dəymədən, tam avtomatlaşdırılmış qaydada istehsal olunan çörək və çörək-bulka məmulatları ilə bu sahədə olan təlabatı qarşılamaqdır.
Almaniyanın Werner & Pfleiderer şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş zavodda istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunub.
“Çörəkçi”nin gündəlik istehsal gücü 150 tondur. Zavod şirniyyat çeşidləri, buğda tərkibli çeşidlər, çovdar tərkibli çeşidlər istehsal edir.
Nazim Hacıyev
Telegram kanalımız