AZ

Venesuelada keçirilən əməliyyat zamanı yeddi amerikalı hərbçi yaralanıb

Bakı, 7 yanvar, AZƏRTAC

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu həbs etmək məqsədilə Karakasda keçirdiyi hərbi əməliyyat zamanı yeddi amerikalı hərbçi yaralanıb.

AZƏRTAC xəbər verir ki, “Associated Press” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, şənbə günü Karakasda keçirilən basqın zamanı yeddi amerikalı hərbçi güllə və qəlpə yaraları alıb. Yaralılardan beşi artıq xidmətə qayıdıb, ikisi isə Texasdakı San-Antonio Tibb Mərkəzində müalicəsini davam etdirir.

Həmçinin əməliyyat nəticəsində Venesuela təhlükəsizlik qüvvələrinin azı 24 əməkdaşı və 32 kubalı hərbçi öldürülüb.

Pentaqonun məlumatına görə, əməliyyatda “Delta Force” xüsusi təyinatlı qüvvələrin iki bölməsi, təxminən 200 amerikalı hərbçi iştirak edib.

 

Seçilən
75
3
azertag.az

4Mənbələr