AZ

Pakistanda avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Pakistanın Çakval mahalının Dhok Patan bölgəsində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı beş nəfər ölüb, daha 27 nəfər yaralanıb.

Bu barədə "Report" "Geo News"ə istinadən xəbər verir.

İlkin məlumata görə, İslamabaddan Kəraçiyə gedən avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
2
cebheinfo.az

3Mənbələr