“4 klubun hamısı Superkubokun tarixinə etiraz etdi, amma TFF bunu qəbul etmədi. Təşkilatlanma, vaxt, stadion hamısı səhv seçilib”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri türkiyəli idman şərhçisi Ali Nacik Küçük TFF-nin yeni reqlamentlə keçirdiyi Superkubok oyunları barədə danışarkən deyib. O, daha sonra yarımfinal görüşlərinin Qaziantep şəhərində baş tutmasını tənqid edib.
Ali Naci Küçük turnirin Azərbaycanda keçiriləməsinin daha yaxşı variant olduğunu bildirib:
“Görüşlər Qaziantepdə -5 dərəcədə, pis zəmində oynanılır, ertəsi gün isə Adanada 10 dərəcədə oyun keçirilir. “Qalatasaray” və “Trabzonspor”un günahı nədir? TFF-nin seçimi yanlışdır. Ya oyunları eyni şəhərdə keçir, ya da Azərbaycanda təşkil elə. Azərbaycanda bu matçlar dolu tribunalar qarşısında oynanar.”
Xatırladaq ki, Superkubokda dörd komanda – “Qalatasaray”, “Fənərbağça”, “Trabzonspor” və “Samsunspor” mübarizə aparıb. Yarımfinal görüşlərinin ardından İstanbul klubları finala vəsiqə qazanıb. Həlledici matç Atatürk Olimpiya Stadionunda baş tutacaq.