AzVision.az “Fox News” telekanalına istinadən xəbər verir ki, Mələkşahinin etirazçılar tərəfindən ələ keçirilməsini İran Milli Müqavimət Şurası (İMMŞ) açıqlayıb.
“Bu gün İranın qərbində faktiki olaraq etirazçıların nəzarətinə keçən iki şəhərdə böyük hadisə baş verib və insanlar küçələrdə bayram edirlər”, - İMMŞ-ninXarici Əlaqələr Komitəsinin üzvü Əli Səfəvi telekanala müsahibəsində deyib.
İranın İnsan Haqları üzrə Milli Şurasının prezidenti Məryəm Rəcəvi də “X” sosial şəbəkəsində paylaşımedərək, Mələkşahi və Abdanandakı etirazçılara təşəkkürünü bildirib. Onun sözlərinə görə, etirazçılar“rejimin təhlükəsizlik qüvvələrini geri çəkilməyə məcbur ediblər”.
Bu arada vəliəhd şahzadə Rza Pəhləvi “Fox News” telekanalına açıqlamasında bildirib ki, o, keçid prosesinə rəhbərlik etmək üçün irəli durub. Şahzadə məqsədinin “ ümummilli referendum və konstitusiya məclisi vasitəsilə”sülh yolu ilə dəyişiklik etmək və“həlledici döyüş”üçün“İranda mübarizəyə həmişəkindən daha çox hazır olduğunu”bildirib.
- Mənim rolum həmvətənlərimə bu məqsədə çatmaqda kömək etməkdir. Əgər dünyəvi demokratiya olarsa, son nəticənin necə olacağına qərəzsiz yanaşıram. Şərait tələb edən kimi mən İrandakı vəziyyətə müdaxilə etməyə həmişəkindən daha hazıram və həlledici döyüşə rəhbərlik etmək üçün orada həmvətənlərimin arasında olacağam”, - Pəhləvi teleaparıcı Şonn Hannitiyə bildirib.
Xatırladaq ki, İsaraillə müharibənin nəticələri kimi İrana qarşı sanksiyalar, habelə milli valyutanın devalvasiyasından və təxminən 50 faizlikinflyasiyadan ölkədə qaynaqlanan etirazlar onlarla şəhəri bürüdü, onlarla insan ölüb, 2000-dən çox insan həbs edilib.
Hakimiyyət etirazçılara qarşıgözyaşardıcı qazdan istifadə edir, interneti məhdudlaşdırır. Vətəndaşlara simvolik olaraq 7 dollar müavinəttəklif olunur, halbuki minimum yaşayış dəyəri təxminən 266 dollardır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta